Beyləqanda "Vətən Uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib

Beyləqanda "Vətən Uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib
# 01 may 2015 17:23 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranma gününə həsr olunan "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd milli mədəniyyətin və incəsənətin, hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.

Müsabiqənin ilk turu Beyləqan rayonunda yerləşən hərbi hissədə keçirilib. Hərbi qulluqçular və müxtəlif bölgələrdən olan mülki nümayəndələr müsabiqə şərtlərinə uyğun olaraq müxtəlif musiqilərdən nümunələr ifa ediblər. Münsiflər heyətinin rəyinə əsasən, müsabiqədə fərqlənənlər ikinci turda iştirak etmək hüququ qazanıblar.

Mahnı müsabiqəsində iştirak edən yeniyetmələr və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanış olub, Silahlı Qüvvələrin formalaşması, inkişafı, müasir silahlar, texnikalar haqqında ətraflı məlumatlar əldə ediblər.

Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edən müsabiqəyə 26 İyun - Silahlı Qüvvələr Günü yekun vurulacaq. Həmin gün qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim ediləcək və mükafata layiq görülən ifaçıların iştirakı ilə konsert proqramı təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR