Şəkidə 90 yaşlı qadını it dişləyib

Şəkidə 90 yaşlı qadını it dişləyib
# 01 oktyabr 2015 07:09 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda 90 yaşlı qadını it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 30-u axşam saat 19:30 radələrində rayonun Baş Göynük kənd sakini, 1925-ci il təvəllüdlü Xanım Ziyəddin qızı Salmanova it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 90 yaşlı Xanım Salmanova axşam saatlarında qonşusuna qonaq gedib. Bu zaman qonşunun həyətdə olan iti qəfildən Xanım Salmanovaya hücum edib və onu dişləyib. Xanım Salmanovaya xəstəxanada ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR