Novruz Məmmədov: "ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb"

Novruz Məmmədov: "ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb"
# 01 iyun 2015 12:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər: “ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR