Nazirlik: Ermənistan mətbuatı Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazılar yazır

Nazirlik: Ermənistan mətbuatı Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazılar yazır
# 14 iyul 2015 15:48 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Şöbə müdiri qeyd edib ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş cins atlardan götürüb: “Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə, aparılan araşdırmaların nəticəsində belə söyləmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş cins atlardan götürüb ki, bu atların da nəsli Azərbaycan ərazisi olan Ağdam atçılıq zavodunda yetişdirilib. Qeyd etmək lazımdır ki, 1956-cı ildə Sovet İttifaqı KP MK baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü N.S.Xruşov Britaniyada səfərdə olarkən Şahzadə Yelizavetanın önündə Azərbaycan xalqına məxsus Qarabağ atlarını nümayiş etdirilib”.

V. Şixaməmmədov əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi erməni saytlarında yerləşdirilən uydurma iddialarla dolu yazıları, Ermənistanın Azərbaycan torpaqlarına olan hərbi işğalçılıq siyasəti ilə yanaşı, Azərbaycanın milli irsi və yerli genofonduna olan növbəti təcavüz siyasətinin davamı kimi qiymətləndirir: “Bildiririk ki, 1993-cü ildə Ermənistanın Qarabağda hərbi işğalları zamanı Ağdam atçılıq zavodunda olan 300-dən çox Qarabağ atı Bərdə rayonunun Lənbəran kəndində yerləşdirilib və hazırda da burada inkişaf etdirilir. Təsadüfi deyil ki, Çövkən - Azərbaycan Respublikasında Qarabağ ənənəvi atüstü oyun ənənəsi adı altında UNESCO-nun Təcili Qorunma siyahısına 2013-cü ildə daxil edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR