Ağstafa rayon sakini Lənkəranda bıçaqlanıb

Ağstafa rayon sakini Lənkəranda bıçaqlanıb
# 11 iyul 2016 05:50 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.

Ağstafa rayonunun Saloğlu qəsəbə sakini olan və hazırda Nərimanabad qəsəbəsində yaşayan 34 yaşlı Nurlan Akif oğlu Sultanov şəxsi münaqişə zəminində birlikdə yeyib-içdiyi Faiq adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb, yaraları tikilib, hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxsin saxlanması üçün zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR