Avropa İttifaqı Azərbaycandakı aqrar layihələrə dəstəyi davam etdirəcək - FOTO

Avropa İttifaqı Azərbaycandakı aqrar layihələrə dəstəyi davam etdirəcək - <span style="color: red;">FOTO
# 02 may 2013 14:09 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Kölerlə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Avropa İttifaqının Büdcəyə Dəstək Proqramının icrasının və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Nazir İsmət Abasov Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkə başçısının aqrar sektora göstərdiyi dəstək sayəsində kənd təsərrüfatı dinamik olaraq inkişaf edir, ötən il kənd təsərrüfatının artım tempi 6,2%, bu ilin birinci rübündə isə 4,4% təşkil edib.

Nazir kənd təsərrüfatının inkişafında beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İFAD, Dünya Bankı və Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələrin bu inkişafa böyük təsir göstərdiyini xüsusilə vurğulayıb.

Görüşdə Avropa İttifaqının Büdcəyə Dəstək Proqramı çərçivəsində baytarlıq sahəsində nəzərdə tutulan layihələrin, o cümlədən baytarlıq qanunvericiliyinin təkmilləşdirilməsi, özəl baytarlıq məntəqələrinin yaranması, kəsim meydançalarının yaranmasına dəstək və digər layihələrin icra vəziyyəti və gələcək əməldaşlıq perspektivləri geniş müzakirə olunub. Nazir İsmət Abasov bu layihələrin səmərəli şəkildə icra olunmasının baytarlıq sahəsinin inkişafına təsirini verəcəyini qeyd edib.

Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Köler kənd təsərrüfatının inkişafı üçün Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası üçün lazımi dəstək göstərəcəyinə əminliyini bildirib.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Avropa Komissiyasında Azərbaycan üzrə məsul işçi Federiko Birokki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməliyyat bölməsinin rəhbəri Federiko Berna iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR