Ötən ay Azərbaycan Ceyhan limanından xam neftin nəqlini 22% artırıb

Ötən ay Azərbaycan Ceyhan limanından xam neftin nəqlini 22% artırıb
# 02 oktyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin sentyabr ayında Çeyhan (Aralıq dənizi, Türkiyə) limanından 1 725 423 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

Ümümilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Ceyhan limanından 15 635 401 ton xam neft ixrac edilib. Bu, isə ötən ilin 9 ayı ilə müqayisədə 4,9% çoxdur.

Qeyd edək ki, ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR