Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə" adlı layihə təşkil edəcək

Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə" adlı layihə təşkil edəcək
# 26 oktyabr 2015 15:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi yeni “Paytaxtdan bölgələrə" adlı layihə təşkil edəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, indəyədək “Bölgələrdən paytaxta” layihəyəsi həyata keçirilib.

Layihə çərçivəsində Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki, və Şəmkirin mədəniyyət kollektivlərinin proqramları nümayiş olunub.

Yeni layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan mədəniyyət incilərinin bölgələrdə nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etmək, bölgələrin mədəni həyatını canlandırmaqdan ibarətdir.

İlk tədbir olaraq "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan edilmiş Şamaxı şəhərində “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərginin təşkil olunacaq.

Sərgidə Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu, Mikayıl Abdullayev, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış Nizami, Xaqani, Fizuli, Nəsimi, Molla Pənah Vaqif, M.F.Axundzadə, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunacaq.

Sərginin açılış mərasimi oktyabrən 29-da Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, yaradıcı ittifaqların rəhbərləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR