Şirvanda mədən sənayesində şəffaflığın artırılması müzakirə olunub - FOTO

Şirvanda mədən sənayesində şəffaflığın artırılması müzakirə olunub - <span style="color: red;">FOTO
# 10 aprel 2015 10:44 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) Dünya Bankının maliyyə dəstəyi ilə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmanın prinsiplərindən irəli gələn “Nəyi bilməliyik, nəyə diqqətli olmalıyıq” mövzusunda maarifləndirici tədbir keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə MSŞAK-nın koordinatoru Əliməmməd Nuriyev, koalisiyanın üzvü ekspert Sabit Bağırov, MHŞT katibliyinin mütəxəssisi Abbas Abbasov və Dünya Bankının Bakı ofisinin nümayəndəsi Sadiq Əliyev iştirak edib.

Yerli neft təşkilatlarının, QHT-lərin və digər ictimayyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ekspert qismində təqdimat keçirən Sabit Bağırov auditoriyanı Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulmanın prinsipləri, tarixi və əhəmiyyəti barədə məlumatlandırıb. Ekspert təqdimat zamanı neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi vacib element kimi iştirakçıların nəzərinə çatdıraraq, şəffaflığın yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli sosial texnologiya olmasını vurğulayıb. Eyni zamanda tədbir iştirakçıları MHŞT, Neft fondunun ehtiyatları və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası haqqında geniş məlumatlandırılıb. Ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırdıqdan sonra, tədbir iştirakçılarına müxtəlif buklet və kitabçalar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR