Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi nazirini qəbul edib

Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi nazirini qəbul edib
# 13 mart 2015 13:44 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn onun üçün ayrılmış iqamətgahda Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovu qəbul edib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yavər Camalov hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri kimi komissiyanın İslamabadda keçiriləcək növbəti iclasında Pakistanla müxtəlif istiqamətlər üzrə yeni əməkdaşlıqlar barədə Azərbaycan tərəfindən müzakirəyə çıxarılacaq təklifləri və gündəlikdə olan digər məsələləri Pakistan prezidenti Məmnun Hüseynin diqqətinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR