Azərbaycan Beynəlxalq Bankının müştəriləri əmanətləri manatla yerləşdirməyə üstünlük verirlər

Azərbaycan Beynəlxalq Bankının müştəriləri əmanətləri manatla yerləşdirməyə üstünlük verirlər
# 22 oktyabr 2014 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü il oktyabrın əvvəlinə Azərbaycan Beynəlxalq Bankında (ABB) fiziki şəxslərin müddətli əmanətlərinin 50,2%-ni manat təşkil edib.

Bu barədə “APA-Economics”ə bankın mətbuat xidmətindən məlumat verilib.

Əmanətlərin 45,8%-i ABŞ dolları, 2,9%-i avro, 1%-i funt sterlinq, 0,09%-i qızıl və 0,01%-i rus rublunda yerləşdirilib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 mlrd. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR