“Çölçü” filmi III Beynəlxalq Van Gölü Film Festivalında iştirak edəcək

“Çölçü” filmi III Beynəlxalq Van Gölü Film Festivalında iştirak edəcək
# 24 sentyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Rejissor Şamil Əliyevin “Çölçü” filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə proqramına Azərbaycan, Yunanıstan, İraq və Türkiyədən 11 bədii, 12 sənədli ekran əsəri daxil edilib. “Çölçü” filmi festivalın 3-cü günü - sentyabrın 26-da nümayiş olunacaq.

Festivalın məqsədi kinematoqraf ideyalarının mübadiləsi və inkişafına, yeni istedadların üzə çıxmasına meydan yaratmaqdır.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR