Metyu Brayza: “Azərbaycanın Türkiyəyə təklif etdiyi rəqəmlər çox sərfəli olacaq”

Metyu Brayza: “Azərbaycanın Türkiyəyə təklif etdiyi rəqəmlər çox sərfəli olacaq”
# 23 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı - APA-Economics. “TANAP layihəsi “Cənub dəhlizi”nin bir parçasıdır. Bununla yanaşı, qazı İtaliyadan Avropanın “ürəyinə” daşıyacaq TAP layihəsi də var. Bir sözlə, TANAP-la nəql olunan qaz Türkiyədən keçəcək. Bu, çox önəmli məsələdir”.

APA-Economics”in xəbərinə görə, bunu ABŞ Azərbaycandakı keçmiş səfiri, “Turcas Petrol” şirkətinin İdarə Heyətinin üzvü Metyu Brayza Türkiyədəki “Şalom” qəzetinə müsahibəsində bildirib.

“Türkiyə qaza olan tələbatının 60%-ni Rusiyadan idxal etdiyi qazla, bir qismini də İran qazının hesabına ödəyir. Rəqəmlər gizli saxlanılsa da, biz bilirik ki, bu, Türkiyəyə baha başa gəlir. Azərbaycanın Türkiyəyə təklif etdiyi rəqəmlər isə çox sərfəli olacaq”, - deyə M. Brayza bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR