Azərbaycanın müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb

Azərbaycanın müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb
# 22 iyul 2015 16:39 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində orduda çalışan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.

Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabiliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.

Sonra nazir Z. Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən bir qrup əməkdaşa təşəkkür elan olunub, Fəxri fərman və mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR