Albaniyanın paytaxtında partlayış olub, xəsarət alanlar var

Albaniyanın paytaxtında partlayış olub, xəsarət alanlar var
# 30 may 2015 00:46 (UTC +04:00)

Bakı-APA. Albaniyanın paytaxtı Tiranada baş verən partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində törədilən partlayış yerli sakinlərin təşvişinə səbəb olub.

“Albanian News 24 TV” telekanalının xəbərinə əsasən, partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə, ətrafdakı binalara ciddi ziyan dəyib.

İlkin məlumata görə, tikilməkdə olan binada partlayıcı qurğu işə düşüb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR