Bakıda 13 yaşlı qız 16-cı mərtəbədən düşərək ölüb - FOTO

Bakıda 13 yaşlı qız 16-cı mərtəbədən düşərək ölüb - <span style="color: red;">FOTO
# 28 aprel 2013 20:14 (UTC +04:00)

Nəsimi rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 28 May küçəsində, Dəmiryol İdarəsinin yaxınlığında baş verib.

Həmin ünvanda yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan ailənin 13 yaşlı Sunay adlı qızı yaşadığı binanın eyvanından düşərək ölüb.

Hazırda hadisə yerində Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları işləyir.

Hadisənin intihar olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR