Çində quş qripinin qurbanlarının sayı 14 nəfərə çatıb

Çində quş qripinin qurbanlarının sayı 14 nəfərə çatıb
# 16 aprel 2013 01:58 (UTC +04:00)

Bakı-APA. Çində H7N9 quş qripi qurbanlarının sayı 14 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə Çinin səhiyyə və doğumun planlaşdırılması komitəsi məlumat yayıb.

Ümumilikdə Çində 63 nəfərin bu virusa yoluxduğu bildirilir. Ötən həftəyədək virusa yoluxanlar ölkənin şərq əyalətlərində olsalar da, bu həftədən xəstəlik artıq Pekin və mərkəzi əyalətlərə də yayılmağa başlayıb.

Çinli mütəxəssislərin fikrincə, virusun insandan insana ötürülməsi faktı qeydə alınmayıb. Ev quşlarının kütləvi tələf olması barədə də məlumatlar yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR