AVRO-2016-nın rəmzi yığması müəyyənləşib

AVRO-2016-nın rəmzi yığması müəyyənləşib
# 11 iyul 2016 19:28 (UTC +04:00)

Bakı-APA. AÇ-2016-nın rəmzi yığması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dünən başa çatan yarışın təşkilatçıları yığmanı 4-2-3-1 taktiki sxeminə uyğun şəkildə tərtib edib.

Qitə çempionu Portuqaliya daha çox – 4 oyunçu ilə “11-lik”də təmsil olunub. Yığmaya Almaniya 3, Fransa və Uels hərəyə 2 futbolçu verib.

Qapıçı

Rui Patrisio (Portuqaliya)

Müdafiəçilər

Cerom Boatenq (Almaniya), Coşua Kimmix (Almaniya), Pepe (Portuqaliya), Rafael Qerrero (Portuqaliya)

Yarımmüdafiəçilər

Toni Kroos (Almaniya), Co Allen (Uels), Antuan Qrizmann (Fransa), Aaron Remsi (Uels), Dmitri Payet (Fransa)

Hücumçu

Kriştianu Ronaldo (Portuqaliya)

Qeyd edək ki, AÇ-2016-nın ən yaxşı futbolçusu da müəyyənləşib. Turnirin ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR