“TOUR d’ AZERBAİDJAN” velosiped turunun 4-cü mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb

“TOUR d’ AZERBAİDJAN” velosiped turunun 4-cü mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb
# 08 may 2015 13:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Heydər Əliyevin xatirəsinə həsr olunan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun IV mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-da bağlanacaq yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, velosiped turunun 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-da aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə) saat 09:00-dən 10:50-dək,

Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə) saat 10:40-dan 11:10-dək,

Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə) saat 11:00-dan 14:00-dək fasilələrlə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR