Bank Of Baku

İrlandiya və Almaniya səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb

İrlandiya və Almaniya səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 19 oktyabr 2026 21:40 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi İrlandiya və Almaniyanın Tehrandakı səfirlərini nazirliyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının İran əleyhinə bəyanatı, eləcə də Almaniya rəsmilərinin Tehranla bağlı açıqlamaları olub.

Bildirilib ki, Avropa İttifaqının bəyanatına etiraz olaraq İrlandiyanın Tehrandakı səfiri, Aİ Şurasına sədrlik edən ölkənin nümayəndəsi Aydin Kuni İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan başqa, Almaniyanın Tehrandakı səfiri Aksel Dittman da alman rəsmilərinin İranın ünvanına səsləndirdikləri və Tehran tərəfindən əsassız hesab olunan ittihamlarla əlaqədar nazirliyə çağırılıb.

İran xarici işlər nazirinin köməkçisi, Qərbi Avropa İdarəsinin baş direktoru Əlirza Yusifi Almaniya səfirinə bəzi alman rəsmilərinin açıqlamaları ilə bağlı Tehranın kəskin etirazını çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR