Ermənilərin Kəlbəcərdə öldürdüyü Həsən Həsənovun qardaşı: “Bəzi qaranlıq məsələlər var, meyitin Azərbaycanda ekspertizasından sonra aydınlaşacaq”

Ermənilərin Kəlbəcərdə öldürdüyü Həsən Həsənovun qardaşı: “Bəzi qaranlıq məsələlər var, meyitin Azərbaycanda ekspertizasından sonra aydınlaşacaq”
# 24 iyul 2014 14:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Erməni tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyitinin fotosu ailə üzvləri tərəfindən tanınıb. Bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşının cəsədinin fotosuna iki-üç gün bundan qabaq Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) baxıblar:” Fotoya baxanda qardaşımın meyiti olduğu aydınlaşdı. Lakin orda bəzi qaranlıq məsələlər var və həmin məsələlər meyit Azərbaycana təhvil veriləndən sonra keçiriləcək ekspertizadan sonra dəqiq məlum olacaq ”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR