İstintaq təcridxanasına mobil telefonun keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefonun keçirilməsinin qarşısı alınıb
# 10 iyul 2014 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həbsdə saxlanılan şəxs Samir Xanbala oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş atası Xanbala Hacıbala oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilən zaman üzərində “Rulet klubnika” sözləri yazılmış kətənin içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR