Xaçmazda əmək yarmarkası keçiriləcək

Xaçmazda əmək yarmarkası keçiriləcək
# 19 avqust 2014 07:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını avqustun 20-də Xaçmaz rayonunda keçirəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yarmarkada rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar üzrə 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunacaq. Sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də təklif ediləcək.

Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 20 rayon və şəhərində əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 1509 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib, 108 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 107 nəfər ödənişli ictimai işlərə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR