“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində yol-nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə azalıb

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində yol-nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə azalıb
# 19 noyabr 2014 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində, avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azalıb və bu hadisələr nəticəsində zərər çəkənlərin sayında 10,6% azalma müşahidə olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bununla yanaşı, 1993 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb, 845 nəfər isə həyatını itirib.

Doqquz ay ərzində 1,7 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,3% çox inzibati xəta aşkarlanıb. Qaydaların pozulmasına görə sürücülər tərəfindən 45,5 milyon manat məbləğində cərimələr ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR