“Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bərpa olunması məsələsi həll olunmamış qalır”.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin təqdim etdiyi məlumata əsasən teatr binasında aparılmış ekspertiza ilə tikilidə texniki bərpa işlərinin aparılmasının mümkünlüyü müəyyən olunub: “Lakin bərpa işlərinin rentabelli olmadığı qərara alınıb. Nazirlik teatra yeni bina üçün alternativ torpaq sahəsi təklif edib. Lakin teatr truppası və nazirlik hələ də ümumi qərara gələ bilmirlər”.
Ombudsmanın hesabatında Gürcüstanda yaşayan milli azlıqların təhsil, dini etiqad, mədəni irs və digər sahələrdə üzləşdikləri problemlərə də toxunulub və onların hər birinə aid tövsiyələr təqdim olunub.