Bank Of Baku

Ceyhun Bayramov: Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə Cənubi Qafqazda sabitlik var

Ceyhun Bayramov: Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə Cənubi Qafqazda sabitlik var
# 08 iyun 2026 17:14 (UTC +04:00)

Baş verən qlobal çağırışlar, qonşuluğumuzdakı münaqişələr, hərbi toqquşmalar fonunda Azərbaycan, Türkiyə və Gürcüstan iki istiqamətdə mövqe sərgiləyir”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında APA-nın sualına cavabında deyib.

Nazir bildirib ki, birincisi, hər üç ölkə beynəlxalq hüquqa hörmət nümayiş etdirərək, beynəlxalq hüququ üstün tutaraq, beynəlxalq təşkilatlar kontekstində həmin münaqişələrin dayandırılması üçün əllərindən gələn ardıcıl addımları atırlar: “Eyni zamanda, bu ölkələr nümunəsində kifahət qədər vasitəçilik missiyasına töhfə verən nümunələr görə bilərsiniz. Burada məsələnin görünən və görünməyən tərəfi var. Diplomatiya yalnız açıq vasitələrlə verilən mesaj və görüşlərdən ibarət deyil. Hər bir məqamın detalına getmək mümkün deyil. Bu istiqamətdə çox məsuliyyətli və ciddi addımlar atılır, buna inana bilərsiniz”.

Ceyhun Bayramov ikinci istiqamət olaraq qeyd edib ki, bu münaqişələrdən bir çox ölkələr əziyyət çəkir: “Enerji təhlükəsizliyi, təchizat zəncirlərinin pozulması istiqamətində problemlər qeyd olundu. Bu bəzi ölkələrin iqtisadiyyatlarını çökmə halına gətirib çıxara bilir. İndi isə Azərbaycan, Türkiyə və Gürcüstanın nümunəvi əməkdaşlığı fonunda baş verənlərə baxın: Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən İran ətrafında münaqişənin alovlanması və Avropa-Asiya arasında bütün hava uçuşlarının demək olar Cənubi Qafqazdan keçən dar bir boğazdan tənzimlənməsi. Bu onun nəticəsidir ki, 3 ölkənin iştirakı ilə bu bölgədə bu gün sabitlik, əmin-amanlıq var. Bu gün enerji layihələrinin icrası ölkələrimizin fəal iştirakı ilə bir gün belə gecikməyib. Bu, təkcə bizim ölkələrimiz, bizim insanların rifah halının yaxşılaşdırılmasına deyil, böyük coğrafiyada çoxsaylı ölkələrin enerji təhlükəsizliyinə töhfələr verir”.

Nazir bu gün Azərbaycandan 16 ölkəyə təbii qaz ixrac edildiyini xatırladıb: “Bu, 16 ölkə üçün enerji təhlükəsizliyi deməkdir. Eyni məsələni biz son illər ərzində nəqliyyat-tranzit sahəsində görmüşük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR