Bank Of Baku

XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 08 iyun 2026 17:55 (UTC +04:00)

Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır.

APA xəbər verir ki, bu, Azərbaycan XİN-in “X” hesabında Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünə dair məlumatda bildirilib.

Məlumata görə, nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub.

Tərəflər siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyini nəzərdən keçiriblər.

XİN rəhbərləri regional və beynəlxalq proseslər, o cümlədən Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində aparılan səylər, regional bağlantı təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

“Ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır və regional təhlükəsizliyin, inkişafın və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verməyə davam edir”, - məlumatda deyilir.

***

14:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.

Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR