Türkiyə və Rusiya prezidentlərinin görüşü avqustun əvvəlində olacaq

Türkiyə və Rusiya prezidentlərinin görüşü avqustun əvvəlində olacaq
# 20 iyul 2016 12:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun birinci ongünlüyündə Rusiya şəhərlərindən birində görüşəcəklər.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Hazırda Putin və Ərdoğan arasında görüşün hazırlanması diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir. Razılaşdırmışıq ki, bu görüş avqustun birinci ongünlüyündə Rusiyada baş tutacaq. Lakin şəhər və tarix hələ ki dəqiqləşdirilir”, - deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR