Obama Putinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib

Obama Putinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib
# 01 iyul 2016 04:32 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti administrasiyası Rusiya tərəfinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib.

APA-nın “The Washington Post”a istinadən verdiyi xəbərə görə, yeni saziş terrorçularla mübarizədə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Nəşrin məlumatına görə, bunun müqabilində Rusiya Bəşər Əsədi ABŞ-ın dəstəklədiyi üsyançıların mövqelərinə zərbələr endirməyə son qoymağa məcbur etməlidir.

Nəşrin ABŞ prezidenti administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumatda qeyd edilir ki, sazişin mətni iyunun 27-də Rusiya tərəfinə təqdim olunub.

Sazişin mahiyyəti ondan ibarətdir ki, ABŞ hədəflərin koordinatlarını bölüşərək, səylərini Rusiya ilə birləşdirəcəyini və, əsasən, Əsəd ordusuna qarşı vuruşan “Cəbhə ən Nüsrə” qruplaşmasına qarşı geniş əməliyyatı Rusiya Hərbi-Hava Qüvvələri ilə razılaşdıracağını vəd edir.

Şəxsən Obama tərəfindən dəstəklənən sazişə əsasən, amerikalı və rusiyalı hərbçilər arasında sıx əməkdaşlığın qurulması təklif olunur. Nəşr qeyd edir ki, Rusiya Suriyada ABŞ ordusu ilə məhz bu cür əməkdaşlığın qurulmasına uzun müddətdir səy göstərir.

Məlumata görə, ABŞ-ın müdafiə naziri bu cür plana qarşı çıxış edib, lakin, yekunda prezidentlə razılaşmalı olub.

Həmçinin qeyd olunur ki, ABŞ prezidenti administrasiyasının daxilindəki məmurların əksəriyyəti qeyd olunan sazişin əleyhinə çıxış edərək onun səhv olduğunu qeyd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR