Azərbaycan yığması beynəlxalq turnirə qatılır

Azərbaycan yığması beynəlxalq turnirə qatılır
# 04 iyul 2016 14:43 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Boris Yeltsin kuboku”na qatılacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Avropa Liqasının final mərhələsində Slovakiya ilə oyundan sonra yığmamızın baş məşqçisi Faiq Qarayev açıqlama verib.

Nəticədə Rusiyanın I prezidenti Boris Yeltsinin şərəfinə təşkil olunan yarışda 7 illik həsrət bitəcək. Bu turnir Avropa Liqasını qazanan Azərbaycan millisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki 2003-cü ildən ənənəvi keçirilən yarışa voleybolçularımız 6 dəfə qatılaraq, ardıcıl 2 il bürünc mükafatçı olublar. Komandamız 2003-cü və 2004-cü illərdə müvafiq olaraq, ABŞ və Dominikan Respublikasına 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Boris Yeltsin kuboku”na adətən dünyanın ən güclüləri qatılır. Bu il yarışın sentyabrda olacağı gözlənilir. Hələlik iştirakçı ölkələrin tam siyahısı da dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR