Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətli ilə bağlı əsas versiyaları açıqlayıb - VİDEO

Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətli ilə bağlı əsas versiyaları açıqlayıb - <span style="color: red;">VİDEO
# 28 fevral 2015 11:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin müxalifətçi Boris Nemtsovun ölümü ilə bağlı əsas versiyaları açıqlayıb.

APA-nın qurumun rəsmi saytında yer alan məlumata görə, onların arasında islam-ekstremizmin izləri ilə bağlı versiya da var.

B. Nemtsovun Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyinə görə təhdidlər alıb. Araşdırmalara əsasən qətlə səbəb Rusiyada siyasi sabitliyi pozmaq üçün təxribat ola bilər.

Həmçinin Rusiya İstintaq Komitəsi müxalifətçilərin ölümünə səbəblər arasında Ukraynadakı vəziyyəti, o cümlədən Boris Nemtsovun kommersiya fəaliyyətini və ya şəxsi düşmənçilik versiyalarını nəzərdən keçirir.

V. Markinin sözlərinə görə, aparılan araşdırmalar zamanı müəyyən nəticələr əldə olunub. O bildirib ki, Nemtsovun yanında olan xanımla yanaşı hadisə şahidi olmuş digər şəxslər sorğu-suala cəlb edilib: “Mütəxəssislər cinayət anından əvvəl və sonrakı telefon danışıqlarının detallarını araşdırırlar. Hazırda Boris Nemtsovun hərəkət marşrutu üzrə müşahidə kameraları öyrənilir. Ehtimallara əsasən, atəş “Makarov” tipli tapançadan açılıb. Hadisə yerinə baxış zamanı 9 mm kalibrli 6 ədəd giliz aşkar edilib. Məlum olub ki, tapançanın sandığı müxtəlif güllələrlə doldurulub”.

O həmçinin qeyd edib ki, cinayəti törədən şəxs B. Nemtsovun hərəkət marşrutundan xəbərdar olub, cinayət incəliklə planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR