Tovuz rayon sakinini elektrik cərəyanı vurub öldürüb

Tovuz rayon sakinini elektrik cərəyanı vurub öldürüb
# 17 iyun 2016 06:41 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında dəmir yol xəttinin Tovuz şəhəri ərazisindən keçən hissəsində hündürlükdə olan elektrik naqilinə toxunulmuş vəziyyətdə kişi meyiti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, ölən şəxs rayonun Abulbəyli kənd sakini, 1977-cı il təvəllüdlü Niyazov Vüqar Əli oğludur. O elektrik naqili kəsmək istəyərkən cərəyan onu vuraraq öldürüb. V. Niyazovun hansı məqsədlə elektrik naqillərini kəsmək istəməsi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR