Mahmud Məmmədquliyev “Şərq Tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin görüşünə qatılacaq

Mahmud Məmmədquliyev “Şərq Tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin görüşünə qatılacaq
# 11 iyul 2016 08:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin 7-ci qeyri-rəsmi görüşündə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Bu barədə APA-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, görüş iyulun 11-12-də Kiyevdə keçiriləcək. Toplantıda Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han, daxili bazar, sənaye, kiçik və orta sahibkarlıq üzrə komissarı Elizabeta Bienkovska və xarici siyasət xidməti baş katibinin müavini Helqa Şmidt, eləcədə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər və iqtisadiyyat nazirləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR