Slovakiya-Azərbaycan matçının vaxtı dəqiqləşib

Slovakiya-Azərbaycan matçının vaxtı dəqiqləşib
# 15 aprel 2015 09:08 (UTC +04:00)

Bakı - APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə oyunlarının günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri rəqiblərini mayın 23-də qəbul edəcəklər.

Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Komandamız cavab oyununa mayın 30-da, Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. Matç Leviçe şəhərinin İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, bu oyunla yanaşı, Avropa Oyunlarına hazırlaşan millimiz Türkiyədə təlim-məşq toplanışı keçməyi də planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR