Avropa Oyunları ilə bağlı dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarları işləyəcək

Avropa Oyunları ilə bağlı dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarları işləyəcək
# 10 may 2015 08:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

APA-Economic”ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR