BANM-də Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib - FOTO

BANM-də Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib - <span style="color: red;">FOTO
# 05 oktyabr 2015 08:11 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin Ali Məktəbin tələbələri ilə görüşü təşkil olunub.

BANM-in ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov tələbələrin dünya görüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, Azərbaycanın dünya şöhrətli, görkəmli yazıçısını daha yaxından tanımaq və onları maraqlandıran suallara cavab tapmaq məqsədilə keçirilən görüşün əhəmiyyətli olduğunu vurğulayıb.

Çingiz Abdullayev bu cür səmərəli görüşün təşkil edilməsinə görə BANM-in rəhbərliyinə öz təşəkkürünü bildirib. O, tələbələrə həyat və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Tanınmış yazıçı tələbələrə tövsiyələrini verib və onların maraqlı suallarını cavablandırıb.

Görkəmli yazıçı Çingiz Abdullayev gənc oxucularına kitablarını imzalatdırmaq imkanı yaradıb.

Sonda Çingiz Abdullayev BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.

Qeyd edək ki, görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq, tələbələrin ümumi dünyagörüşünü və intellektual səviyyəsini artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR