Paşha Bank
Bank Of Baku

İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb

İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb
# 26 oktyabr 2026 23:04 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində HAMAS və “İslami Cihad” hərəkatının dörd üzvünün öldürüldüyünü bildirib.

APA xəbər verir ki, ordunun məlumatına görə, öldürülənlər arasında HAMAS-ın elit “Nuxba” qüvvələrinin bölmə komandiri və snayper bölməsinin üzvü, həmçinin “İslami Cihad”ın iki üzvü olub.

İsrail tərəfi onların hərbçilərə və mülki şəxslərə qarşı hücumlar hazırladığını iddia edib.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Bassal isə son 24 saat ərzində İsrailin atəşi və hava zərbələri nəticəsində 13 nəfərin öldüyünü, təxminən 60 nəfərin yaralandığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR