Azərbaycan Regional Rabitə Birliyinin yığıncağında iştirak edəcək

 Azərbaycan Regional Rabitə Birliyinin yığıncağında iştirak edəcək
# 04 iyul 2014 12:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İyulun 15-16-sı Qazaxıstanın paytaxtı Astana şəhərində Regional Rabitə Birliyinin (RRB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət nümayəndələrinin birgə yığıncağı keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə birliyə daxil olan üzv dövlətlər planlar, qarşıda duran məsələlər, atılacaq addımlar, cari problemlər və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

İclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər haqqında və eləcə də həyata keçirdiyi layihələr barəsində tədbir iştirakçılarının məlumatlandırılması nəzərdə tutulub.

İclas iştirakçıları Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünün bayram edilməsi istiqamətində görülən işlərə və bu istiqamətdə hazırlıq məsələlərinə baxacaqlar. Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə uyğun olan qərarların qəbulu planlaşdırılır. Burada birliyin normativ sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi də daxil olmaqla yanaşı, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu yığıncaq çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı planlaşdırılıb. Təqdimat zamanı “TASİM” çərçivəsində bu günə qədər görülən işlərdən və qarşıda duran məqsədlərdən danışılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR