Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi I Avropa Oyunlarında iştirak edəcək milli komandanın tərkibini təsdiq edib

Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi I Avropa Oyunlarında iştirak edəcək milli komandanın tərkibini təsdiq edib
# 21 may 2015 20:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya milli komandasının tərkibini təsdiq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Bakı-2015”-də təmsil olunacaq Rusiya milli komandasının tərkibinə 360 idmançı daxil olub.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-nə kimi Azərbaycanın paytaxtında keçiriləcək. 20 idman növündə 253 medal uğrunda yarışlar təşkil olunacaq. Rusiya, demək olar ki, bütün idman növləri üzrə ən güclü atletləri ilə Avropa Oyunlarında təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR