Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər xəsarət alıb - VİDEO

Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 20 yanvar 2015 15:02 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 93-cü km-də qeydə alınıb.

Quba rayonu, Ağbil kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR