SHXÇDX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

SHXÇDX-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub
# 07 may 2015 14:27 (UTC +04:00)

Bakı-APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

SHXÇDX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xidmətin rəisi general-leytenant Arzu Rəhimov Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. Arzu Rəhimov bildirib ki, Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb: “Ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı”.

Xidmət rəisi qeyd edib ki, Heydər Əliyev tərəfindən başlanan inkişaf strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrin gündən-günə möhkəmlənməsinə xidmət edir.

Tədbir “Vətənə, xalqa həsr edilən ömür” filminin nümayişi ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR