Suriyanın BMT-dəki daimi nümayəndəsi: “Rusiyaya İŞİD-in mövqelərinə zərbələr endirmək hüququ verilməlidir”

Suriyanın BMT-dəki daimi nümayəndəsi: “Rusiyaya İŞİD-in mövqelərinə zərbələr endirmək hüququ verilməlidir”
# 16 sentyabr 2015 22:26 (UTC +04:00)

Bakı-APA. “ABŞ-la yanaşı Rusiyaya da İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirmək hüququ verilməlidir”.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.

“Amerikalılar hərbi təyyarələr vasitəsi ilə İŞİD-lə mübarizə aparır. Bəs ruslara niyə bu qadağan edilir? Bunun heç bir mənası yoxdur. Biz hamımız eyni düşmən ilə mübarizə aparırıq”, deyə B.Cəfəri bildirib.

B.Cəfəri həmçinin Rusiyanın Suriyaya hərbi texnika göndərməsini də şərh edib. Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin bu ölkədə fəaliyyəti ikitərəfli əməkdaşlıq çərçivəsinə uyğun aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR