"Rabitəbank"ın rəhbərinin sabiq müavini yerli BOKT-lardan birinin rəhbərliyinə gətirilib

"Rabitəbank"ın rəhbərinin sabiq müavini yerli BOKT-lardan birinin rəhbərliyinə gətirilib
# 23 oktyabr 2015 13:58 (UTC +04:00)

Bu barədə "APA-Economics"ə T. İsmayılov özü məlumat verib.

T. İsmayılov bildirib ki, o, yeni iş yerində vəzifəsinin icrasına cari ilin avqust ayından etibarən başlayıb.

Qeyd edək ki, T. İsmayılov 2007-ci ildən yeni təyinata qədər “Rabitəbank”da çalışıb. O, “Rabitəbank”dan əvvəl “Parabank” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində və Almaniya - Azərbaycan Fondunda (GAF) məsləhətçi vəzifəsində işləyib.

T. İsmayılov "Xəzər" Universitetinin Maliyyə fakültəsini bitirib və ABŞ-ın Texas Texniki Universitetinin “Lawrence College”də təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR