Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək

Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək
# 13 aprel 2015 10:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 16-da Müasir İncəsənət Muzeyində Nobel mükafatı laureatı, yazıçı Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən görə, səfirliyin dəstəyi ilə baş tutacaq tədbirdə Azərbaycan hökuməti təmsilçiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və yerli Latın Amerikası icmasının nümayəndələri iştirak edəcəklər.

Anım mərasimində kolumbiyalı yazıçı Oktavio Eskobar Q. Markesin həyat və yaradıcılığı, müasir Kolumbiya ədəbiyyatı haqqında çıxış edəcək.

Tədbirdə yazıçının fotoşəkillərinin sərgisi də nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR