Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun iclası keçirilir

Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun iclası keçirilir
# 25 avqust 2014 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası keçirilir.

Rabitə və Yüksək Yexnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasın gündəliyinə RRB üzv ölkələrin Rabitə Administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına və 2016-cı ildə Standartlaşdırma üzrə Ümumdünya Assambleyasına hazırlıq məsələləri daxildir.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası çərçivəsində RRB üzv ölkələrinin rabitə administrasiyalarının beynəlxalq əməkdaşlıqla bağlı qərarları, 2018-ci ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Rabitənin inkişafı üzrə ümumdünya konfransının təşkili ilə bağlı hazırlıq işləri, 2014-cü ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Səlahiyyətli Konfransına hazırlıq tədbirləri, RRB ilə regional təşkilatlar arasında İKT və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsi müzakirə ediləcək.

Konfransın gündəliyinə həmçinin "ICANN" korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin keçiriləcəyi vaxt və ölkənin müəyyən edilməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR