Paytaxtda kartofla dolu yük maşını aşıb

Paytaxtda kartofla dolu yük maşını aşıb
# 10 iyun 2016 01:57 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda yol qəzası baş verib, yük maşını aşıb.

APA-nın məlumatına görə, 20 yaşlı Samir İsgəndərov yük maşını ilə Ziya Bünyadov prospektində hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə kartofla dolu yük maşını əvvəlcə işıq dirəyinə çırpılıb daha sonra isə aşıb.

Aşan maşının sükanı arxasında olan Samir İsgəndərov xoşbəxtlikdən xəsarət almayıb.

Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Avtomobildə olan yük digər yük maşınına boşaldılıb. Sürücünün ifadəsi alınıb. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR