«Heydər Əliyev 90» inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

«Heydər Əliyev 90» inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 may 2013 10:35 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə «Heydər Əliyev 90» inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, Heydər Əliyevin ildönümlərinə həsr edilən inşa yazı müsabiqələri artıq 7-ci dəfədir keçirilir. Onun sözlərinə görə, inşa yazı müsabiqəsinin qalibləri Nazirlikdə yaradılan müvafiq komissiya tərəfindən yoxlanılıb və nəticədə 85 nəfər qalib müəyyənləşib. Onlardan 8 nəfəri I, 7 nəfəri II, 16 nəfəri III, 54 nəfəri isə həvəsləndirici yerlərə layiq görülüb.


M.Cabbarov qeyd edib ki, Azərbaycan tarixinin son 30 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır: «Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin, sabitliyin qurucusu olan Heydər Əliyevin ömür yolu vətənə və millətə xidmətin əvəzsiz nümunəsidir. Onun hakimiyyəti dövründə cəmiyyətin tərəqqisində mühüm rol oynayan təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilib. Bu gün mövcud siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir».


YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov isə bildirib ki, partiyanın qərarına əsasən, müsabiqədə I, II və III yer tutanların hər biri ali məktəbə daxil olduqları təqdirdə təhsil aldıqları 4 il müddətində ayda 50 manat məbləğində pul veriləcək.


Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də bu müsabiqəyə ilk gündən lazımi dəstəyin verildiyini deyib. Nazir müavini qeyd edib ki, müsabiqə qaliblərinin də hər biri Nazirlik tərəfindən mükafatlara layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR