Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 Oktyabr - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2014 17:10 (UTC +04:00)

Bakı-APA. İŞİD adlı bataqlıq yaradan, sonra bu bataqlığın içərisində batmaqda olan qüvvələr Türkiyənin zorla da olsa proseslərə müdaxilə etməsini istəyir. Ölkənin hər yerini bürümüş iğtişaşların ana hədəfi budur. Etnik bölücülük üzərindən yürüdülən siyasəti kənardan stimullaşdıran qüvvələr bir gerçəyi etiraf etmiş olur – Türkiyənin lider olmadığı Yaxın Şərqə heç zaman sülh gəlməyəcək. Türkiyənin liderlik hüququ tanınmasa, bu bölgədə hələ uzun illər qan töküləcək. Çünki bu bölgə Osmanlı alt strukturu üzərində tikilmiş, xəritələrdə bölünərək sərhədləri biçilmiş bir coğrafiyadır. Və ərəb coğrafiyası sülhə nail olmaq istəyirsə, Türkiyənin böyüklüyünü qəbul etməyə məhkumdur. Əks təqdirdə bölgəni ən xırda atomlara kimi parçalamaq niyyətində olan güclər həmişə istəklərinə nail olacaqlar. Ərəb coğrafiyasından fərqli olaraq bu reallığı olduğu kimi qəbul edən kənar güclər var və bu gün Türkiyəni qarışdıran da o güclərdir. Günün gerçəyi budur - Türkiyənin Suriyaya hərbi müdaxilə etməsi bu ölkənin bölgədəki çəkisini və nüfuzunu zəiflətmiş olacaq. Ankara bu addımı atmamaq üçün əlindən gələni etməyə borcludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR