Azərbaycan Dövlət Neft Şirkəti dizel yanacağının ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti dizel yanacağının ixracını azaldıb
# 04 mart 2013 14:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 82 376 ton dizel yanacağı, 12 541 ton təyyarə yanacağı ixrac edib.

«APA-Economics»in ARDNŞ-a istinadən verdiyi məlumata görə, cari ilin yanvar ayı ilə müqayisədə dizel yanacağının ixracı 4,9% azalıb, təyyarə yanacağının ixracı isə 46% artıb.

Ümumilikdə, 2013-cü ilin yanvar-fevral ayları ərzində 168 964 ton dizel yanacağı, 21 132 ton təyyarə yanacağı ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən neft məhsullarının ixracı müvafiq olaraq 2,4% artıb və 8,1% azalıb.

Qeyd edək Ki, 2013-cü ilin fevral ayında dünya bazarında təyyarə yanacağının qiyməti (1 ton üçün) – 1 054,10 ABŞ dolları, dizel yanacağının qiyməti isə 980,06 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR