İlin əvvəlindən Azərbaycanın İKT sektorunda əhaliyə 1,5 mlrd. manatlıq xidmət göstərilib

İlin əvvəlindən Azərbaycanın İKT sektorunda əhaliyə 1,5 mlrd. manatlıq xidmət göstərilib
# 16 dekabr 2014 07:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-noyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,5 mlrd. manatlıq xidmət göstərilib.

APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 14,2% artıb.

Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR